Azərbaycan Psixiatriya Assosiasiyasının Prezidenti,
Tibb elmləri doktoru,
Azərbaycan Tibb Universitetinin Psixiatriya Kafedrasının professoru, Əməkdar həkim,
Beynəlxalq Psixiatriya Akademiyasının (ABŞ) şura üzvü və vitse prezidenti,
Ümumi və məhkəmə psixiatriyası üzrə beynəlxalq ekspert,
psixiatriya, tibbi psixologiya və psixoterapiya üzrə dərsliklərin müəllifi
Nadir İsmayılov 1937-ci il 28 avqust tarixində AZ SSR-nin Cəbrayıl rayonunun Cəbrayıl şəhərində anadan olmuşdur.
Atası – İsmayılov Vedan Məşədi İsmayıl oğlu Böyük Vətən müharibəsinin veteranı,
anası – İsmayılova Zərqələm Fərzəli qızı isə uşaq baxçasında müdirə olmuşdur.
Nadir İsmayılov 1944-1952-ci illərdə Cəbrayıl və İmişli rayonlarının və Rostov
vilayətinin orta məktəbində oxumuşdur. Lənkəran Tibb məktəbini fərqlənmə diplomu ilə
bitirdikdən sonra dörd il respublikanın müxtəlif tibb müəssisələrində
çalışmışdır. Hərbi xidmətdən sonra N.Nərimanov adına ADTİ-nin müalicə
profilaktika fakültəsinə qəbul olunmuş, 1968-ci ildə isə oranı bitirmişdir.
İnstitutu bitirdikdən sonra 2 il Bakı şəhər 2№-li Kliniki
Psixiatriya xəstəxanada həkim-psixiatr vəzifəsində çalışmış, 1970-ci ildən
isə Azərbaycan Dövlət Tibb İnstitutunun psixiatriya kafedrasında işə
başlamışdır. Şizofreniyanın immunoloji aspektləri ilə məşğul olmuşdur.
1973-cü ildə namizədlik, 1983-cü ildə isə doktorluq dissertasiyasını
müdafiə etmişdir. 1999-cu ildən 2010-cu ilədək BDU-nun psixologiya kafedrasında
professor vəzifəsində çalışmışdır. Onun rəhbərliyi altında 11
namizədlik dissertasiyası hazırlanmışdır. 1984-1993-cü
illərdə AR SN-də baş psixiatrı işləmişdir. 1996-cı ildə
Azərbaycan Psixiatriya Assosiasiyasının Prezidenti seçilmişdir.
Psixiatriyada Qlobal Təşəbbüs Beynəlxalq Təşkilatının üzvi
qismində bir neçə layihənin milli koordinatoru olmuşdur.
Beynəlxalq Avropa Psixiatriya Assosiasiyasının, Psixoterapiya və
Davranış Təbabəti Akademiyasının (ABŞ) Məsləhət
Şurasının üzvüdür. Bir çox milli və beynəlxalq mükafat
və diplomlarla təltif edilmişdir. “Tibbi psixologiya və
sixoterapiya” və “Psixiatriya” kimi dərsliklərlə yanaşı
200-dən artıq elmi nəşrlərin müəllifidir. Üç övladı, 5 nəvəsi var.
![]() ![]() ![]() ![]() ![]() ![]() |