Azərbaycan Psixiatriya Assosiasiyasının Prezidenti,
Tibb elmləri doktoru,
Azərbaycan Tibb Universitetinin Psixiatriya Kafedrasının professoru, Əməkdar həkim,
Beynəlxalq Psixiatriya Akademiyasının (ABŞ) şura üzvü və vitse prezidenti,
Ümumi və
məhkəmə psixiatriyası üzrə beynəlxalq ekspert,
psixiatriya, tibbi psixologiya və psixoterapiya üzrə dərsliklərin müəllifi
1973 Bakı, Azərbaycan - Tibb Elmləri namizədi alimlik dərəcəsi almışdır.
1983 Moskva,Rusiya Federasiyası - Tibb Elmləri Doktoru Alimlik dərəcəsi almışdır.
1984-1993 Bakı, Azərbaycan - Azərbaycan Respublikasının Baş psixiatrı işləmişdir.
1994-2003 Bakı, Azərbaycan - Azərbaycan Prezidenti yanında Ali Attestasiya komissiyasının ekspert şurasının üzvü olunmuşdur.
1999-cu ildən Xilversum, Hollandiya - "Обзор Современной Психиатрии" Beynəlxalq jurnalının redaksiya şurasının üzvü seçilmişdir.
1987-2003-cü illər Bakı, Azərbaycan - SN - nin həkim - psixiatr, narkoloq və psixoterapevtlərin attestasiya komissiyasının sədri vəzifəsini icra etmişdir.
1990-2019 Bakı, Azərbaycan - 11 dissertasiya işinin elmi rəhbəridir
1969-cu ildən Bioloji və klinik psixiatriya, tibbi psixologiya və psixoterapiya, psixi sağlamlıq sahəsində strategiya, ictimai və məhkəmə psixiatriya üzrə 200-dən artıq elmi əsərlərin müəllifidir
1970 Bakı, Azərbaycan - ATU-nun Psixiatriya kafedrasının assistenti
1974 Bakı, Azərbaycan - ATU-nın Psixiatriya kafedrasının dosenti
1985-ci ildən Bakı, Azərbaycan - Azərbaycan Tibb Universitetinin Professoru seçilmişdir
1999-cu ildən Bakı, Azərbaycan - BDU-nin Psixologiya kafedrasının Professorudur
1992, 1998, 2004 və 2013-cü illərdə Azərbaycan dilində Psixiatriya dərsliyinin 1-ci, 2-ci, 3-cü və 4-cü nəşrlərinin müəllifidir
2002, 2008 Bakı, Azərbaycan - Tibbi Psixologiya və Psixoterapiya dərsliyinin 1 və 2-ci nəşrinin müəllifidir. Ümumilikdə 10 kitab nəşr etdirmişdir
1996-ci ildən AzPA -nın Prezidenti olduğu müddətdə (son 23 ildə) xarici ölkələrdə keçirilən elmi toplantılara respublikadan 80 iştirakçının göndərilməsini təşkil etmişdir
1993-cü ildən 2010-cu ilədək Xilversum,Hollandiya - Psixiatriya üzrə Qlobal (Keçmiş Cenevrə) təşəbbüsü təşkilatının üzvü olmuşdur .
1996-cı ildən bu günədək Azərbaycan Psixiatriya Assosiasiyasının Prezidenti vəzifəsini icra edir.
1997-2001-ci illər Bakı, Azərbaycan - AR Psixiatriya yardımı haqqında qanununu hazırlayan işçi qrupun rəhbəridir.
1999-cu ildən Ümumdünya Psixiatriya Assosiasiyasının (İsveçrə) şura üzvüdür.
2005-ci ildən həmin assosiasiyanın vitse-prezidentidir.
2000-ci ildən Strazburq Fransa- Avropa Psixiatriya Assosiasiyasının üzvüdür.
2001-ci il Kolorado, ABŞ - Davranış Təbabəti, Psixoloji Yardım və Psixoterapiya üzrə Beynəlxalq Akademiyanın və Məsləhət Şurasının üzvüdür.
2001-2004-ci illər London, Birləşmiş Krallıq - Psixi sağlamlıq sahəsində siyasət və xidmətlərin tədqiqi üzrə milli qrupun rəhbəri olmuşdur.
2007-ci il Bakı, Azərbaycan - Psixi sağlamlıq sahəsi üzrə Milli Strategiyanın işlənib hazırlanması üzrə Ekspert Şurasının üzvüdür.